Saytımızı qiymətləndirin


 
 

"Ermənilər bu dəfə xaricdəki səfirliklərimizi hədəfə ala bilər"- ŞOK AÇIQLAMA
Tarix: 13-12-2021 | Saat: 12:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ermənilər bu dəfə xaricdəki səfirliklərimizi hədəfə ala bilər”- ŞOK AÇIQLAMA

Brüssel görüşünə 2 gün qalıb. Belə ki, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə Sammitində Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dekabrın 15-də Brüsseldə görüşəcəklər.

Son günlər ermənilərin sərhəddə törətdiyi təxribatlardan sonra bir sıra siyasi analitiklər bu görüşün baş tutmayacağı fikrindədirlər. Onların mülahizələrinə görə, Ermənistanın təxribatyönümlü siyasəti bu görüşün olmamasına hesablanıb. Ermənistanın bununla danışıqlar prosesini uzatmağı planlaşdırması da səslənilən fikirlər arasındadır.

Brüssel görüşünün baş tutmamaq ehtimalı varmı?
Bu iki gündə hər hansı təxribat gözlənilirmi?
Ermənistan görüşdən yayınmaq üçün nələrə əl ata bilər?

Qarabaginfo.az xəbər verir ki, yenisabah.az-ın suallarını cavablandıran siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, ermənilər, artıq bir neçə gündür təxribat törətməyə başlayıblar:

“Bu məsələdə ermənilər özbaşına deyil, çünki Ermənistanda iki qüvvə var: Rusiyanın mövqeyindən çııxş edənlər və Nikol Paşinyan başda olmaqla Qərbin – ABŞ-ın mövqeyini dəstəkləyənlər.

Ona görə də, orada nəyisə proqnozlaşdırmaq bir qədər çətin məsələdir, amma görünən odur ki, rusların içində hərbi elitanın kifayət qədər adamı var. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var və orada rəsmi məlumat verilməsə də, 5 minə qədər erməni kökənli hərbçi mövcuddurlar. Yəni bunlar istənilən təxribatı törədə bilərlər”.

Politoloq onu da vurğulayıb ki, təxribatı təkcə sərhəddə yox, başqa yerlərdə də gözləmək lazımdır:

“Mən inanmıram ki, harasa raket atalar, nəyisə partladalar, amma bütün hallarda informasiya və siyasi təxribat ola bilər. Tək Azərbaycan ərazisində yox, dünyanın hər yerində, hansı ki, dünyanın 40-dan çox ölkəsində Azərbaycanın səfirliyi, konsulluqları, ticarət nümayəndəlikəri var, ermənilər orda da təxribat törədə bilərlər. Yəni biz bu məsələlərdə həddən artıq ehtiyatlı olmalıyıq”.

Siyasi şərhçinin sözlərinə görə, böyük miqdarda təxribat törədilsə belə, görüşün dəyişidirilməsi mümkünsüzdür:

“Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bunu istəyir, Azərbaycan üçün də burada hər hansı bir problem yoxdur. Bunu istəmiyən Rusiyadır və indi nə qədər desələr də, tərifləsələr də, Rusiyanın təhlükəsizlik orqanları bir növ dünyada təklənib. Ona görə də, görüşün qarşısını almaq mümkün olmayacaq, amma siyasi analizlərə görə, hadisələrin gedişi onu göstərir ki, Brüsseldə hər hansı bir ciddi razılıq əldə olunmayacaq. Sülh müqaviləsinin bağlanması üçün Brüssel tərəfləri razı sala bilməyəcək. Çünki ABŞ bunun üçün tamam ayrı bir layihə irəli sürüb və onun layihəsi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu yenidən bərpa olunsun. Onlar ikinci bir məsələni də gündəmə gətirirlər ki, Dağlıq Qarabağın hansısa bir səviyyədə statusu olsun. Lakin bu Azərbaycanın maraqlarına ziddir.

Əgər Aİ-nin rəhbərliyi Azərbaycanın qarşısına, maraqlarımıza uyğun olmayan hər hansı bir layihə irəli sürərsə, Azərbaycan Prezidentinin oranı tərk edəcəyinə inanıram. Çünki başqa yolumuz yoxdur”. (konkret.az)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər