Tarix: 21-01-2022 | Saat: 12:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana təklifləri siyasi kluarlarda bir sıra müzakirələrə səbəb olub. Ermənistan TŞ-nin katibi Aram Qriqoryan da İrəvanın Rusiyanın vasitəçiliyi ilə çatdırılan təkliflərinə rəsmi Bakıdan yazılı cavab gözlənildiyini dilə gətirib.
Qarabaginfo.az xəbər verir ki, siyasi şərhçi Pol Qobl məsələni Yenisabah.az fərqli şərh edib.
“Bakının sərhəd məsələsindəki razılaşmadan daha çox iddialara əsaslanan təklifi qəbul edəcəyini gözləmək olmaz. Heç bir tərəfin qəbul etmədiyi mövcud sərhədlərdən ordu geri çəkilə bilməz”.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç isə hesab edir ki, təkliflər paketinin təfərrüatları tam aydın deyil:
“Başa düşürəm ki, təklif sərhəd bölgələrindən əks geri çəkilmələr üçündür. Lakin bunun hansı mənaya gəldiyini göstərən təfərrüatları görmədim. Çəkilmələr hər yerdə bərabər olacaq, yoxsa müəyyən sahələrdə?”
“Belə bir geri çəkilmə sərhəddə gərginliyi azalda bilər və sərhədin demarkasiyası məsələlərini həll etmək üçün Ermənistan və Azərbaycan arasında ikitərəfli, üzbəüz danışıqlara doğru ilkin addım ola bilər.
Azərbaycanın bu təklifi başlanğıc nöqtəsi kimi qəbul edəcəyinə əmin deyiləm. Qarşılıqlı razılaşdırılmış geri çəkilmə baş versə, bu, hamının alqışlayacağı bir irəliləyiş olardı”, - deyə eks-səfir qeyd edib.
Digər xəbərlər