Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri politoloq Alen Qevondyan səsləndirib:
“İyunun 20-dən əvvəl biz sizə deyəndə ki, ölkə fəlakətli vəziyyətdədir və indiki hakimiyyətdən qurtulmaq lazımdır, siz “Gələcək var” şüarını seçərək bunu başa düşmədiniz. Əslində siz bu şuarla özünüz və övladlarınız üçün ölüm hökmü seçmisiniz” – deyə erməni politoloq vurğulayıb.
“Daim itirəcəyiniz mövqelərə və eşidəcəyiniz davamlı ölüm xəbərlərinə görə üzülməyin. Bu, bizim hamımızın seçiminə görə ödədiyimiz bir bədəldir. Əgər bu kabusun bitəcəyini düşünürsünüzsə, o zaman yanılırsınız. Bu kabus bitməyəcək. Çünki ölkəni dağıdanı yenə biz seçmişik” – Qevondyan əlavə edib.
“Siz gələcəyi seçdiniz və tabut sütunlarını aldınız. Bir çoxlarınız üçün hələ həyatın dadını hiss etməyən bu gənc oğlanların ölümü artıq adi bir hadisəyə çevrilib. Bir anım mərasimindən digərinə tələsin. Çünki hər gün ölüm xəbərləri gəlir. Nəticə etibarı ilə, həqiqətən gələcək var. Ancaq bir sual var: Ermənistanı necə qəbiristanlığa çevirmək olar? Görünən odur ki, siz buna etiraz etmirsiniz. Hətta öz seçiminizə və itkilərinizə görə məsuliyyət daşıyırsınız, biz də siznlə birlikdə” – deyə Alen Qevondyan fikirlərini tamamlayıb.(Konkret.az)