Saytımızı qiymətləndirin


 
 

Ermənistanın noyabrın 16-da sərhəddə təxribatı zamanı qaçan bir neçə erməni hərbçi saxlanılıb
Tarix: 11-12-2021 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın noyabrın 16-da sərhəddə təxribatı zamanı qaçan bir neçə erməni hərbçi saxlanılıb

Ermənistan İstintaq Komitəsinin (İK) Hərbi İstintaq İdarəsi noyabrın 16-da Ermənistanın Azərbaycanla sərhəddə təxribatı zamanı döyüş postundan qaçan bir neçə erməni hərbçinin saxlanılması barədə qərar qəbul edib.

Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, 2021-ci il noyabrın 16-da döyüş zamanı xidmətdə olan gizir və iki əsgər hərbi xidmətin təşkili və aparılması qaydalarını pozub, nəticədə şəxsi heyət döyüş mövqelərini tərk edərək qaçıb,

Azərbaycan Silahlı Qüvvələri isə həmin döyüş mövqelərinə nəzarəti ələ keçirib.

Həmçinin bildirilir ki, ilkin araşdırmalar nəticəsində döyüş postunun şəxsi heyətindən 4 nəfər hərbi qulluqçu saxlanılıb. Onlardan başqa, sözügedən ərazini qoruyan tabor komandiri və onun müavininə qarşı da ittiham irəli sürülüb.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər