Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın qayçı kolleksiyası - Fotolar
Tarix: 11-12-2021 | Saat: 10:56
Bölmə:Karusel / Multimedia | çapa göndər

Ərdoğanın qayçı kolleksiyası

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtdan başlayaraq bu günə qədər açılış və təməlqoyma mərasimlərində istifadə etdiyi 800-dən çox qayçı və lentlər nümayiş etdirilib.

Qarabaginfo.az “Sabah”a istinadən xəbər verir ki, 18 illik qayçı kolleksiyası Türkiyə Prezidentinin rəsmi iqamətgahında Konqres və Mədəniyyət Mərkəzində jurnalistlər üçün sərgiyə çıxarılıb. 

Bildirilir ki, qayçı kolleksiyasının birinci nümunəsi Ərdoğan tərəfindən 2003-cü il sentyabrın 22-si istifadə etdiyi qayçı, ən sonuncu nümunəni isə Türkiyə Prezidentinin bu il Nyu-Yorkda "Türkevi"nin açılışında istifadə etdiyi qayçı təşkil edib. 

Bununla yanaşı qeyd olunur ki, açılışlarda istifadə olunan lentlər 2007-ci ilə qədər qırmızı, ondan sonra isə firuzəyi rəngdə olub.

 

 





 



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər