Tarix: 08-06-2026 | Saat: 14:15
Bölmə:Karusel / Dünya | çapa göndər
İyunun 2-də Fransa hökuməti tərəfindən hazırlanmış “Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi” adlı qanun layihəsi Fransa Milli Assambleyasının iclaslarında müzakirəyə çıxarılıb, iyunun 3-də isə Hüquq Komissiyası tərəfindən qəbul edilib.
Qarabaginfo.az xəbər verir ki, layihənin əsas məqsədi kimi uzun illər Korsika tərəfindən tələb olunan iqtisadi, sosial, mədəni və inzibati maraqların nəzərə alınmasıdır.
Qəbul edilmiş dəyişikliklər arasında Korsika xalqına dair istinad da yer alır ki, bu, adanın tarixi, mədəni və coğrafi xüsusiyyətlərinin daha aydın ifadə olunmasına xidmət edir. Bununla yanaşı, Korsika adasında yerləşən xüsusi inzibati və yerli idarəetmə orqanı olan Korsika Birliyinin (Collectivité de Corse) səlahiyyət dairəsi dəqiqləşdirilmiş, gələcək qanun layihələrinin hazırlanması prosesində yerli seçicilərin rəyinin öyrənilməsi öhdəliyi müəyyən edilib. Birliyin səlahiyyətlərinə daxil olmayan sahələrdə isə dövlətin əsas səlahiyyətləri qüvvədə saxlanılıb.
Sağçı Respublikaçılar partiyası bu muxtariyyət hüququ ideyasına tamamilə qarşı çıxır və ölkənin vahidliyinin qorunmasını tələb edir. Solçu liberal partiyalar və Korsika nümayəndələri özünüidarəetmənin həyata keçirilməsini dəstəkləyir.
Layihənin iyunun 24-də Milli Assambleyada səsverməyə çıxarılması və onun gələcək hüquqi taleyinin həmin səsvermənin nəticələrindən asılı olaraq müəyyənləşdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər




















