Tarix: 16-05-2023 | Saat: 11:53
Bölmə:Karusel / Region | çapa göndər
“Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentin Sədri Şalva Papuaşvili Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.
Gürcü spiker qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub.
“O, səmərəli siyasəti ilə ölkəni güclü firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin etmişdi. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub”, - deyə o əlavə edib.
Digər xəbərlər