Saytımızı qiymətləndirin


 
 

Deputat şəhid ailələrinin problemlərini yerində həll etdi
Tarix: 07-12-2021 | Saat: 18:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin YAP Gəncə şəhər Təşkilatında seçicilərlə növbəti qəbulu keçirilib.


Qarabaginfo.az xəbər verir ki, qəbula 55 nəfər vətəndaş gəlib. Vətəndaşların böyük əksəriyyətini şəhid ailələri təşkil edib. Həmçinin, qəbulda Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev də iştirak edib.


Vətəndaş qəbulu zamani bir sıra məsələlərlə bağlı müraciətlər qeydə alınıb.

 

Şəhid ailə üzvlərinin üzləşdikləri çətinliklər qəbul zamanı həll olunub.

 

Əsasən sosial müdafiə, məşğulluq, kommunal xidmətlər və s.mövzularda müraciət edən vətəndaşların problemlərinin əksəriyyəti deputat tərəfindən yerindəcə öz həllini tapıb.

 

Digər məsələlər isə qeydiyyata alınıb və icra olunması üçün deputat sorğuları və məktub formasında hazırlanaraq aidiyyati üzrə yönləndirilməsi işlərinə başlanılıb.

 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər