Saytımızı qiymətləndirin


 
 

UNESCO: "Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndərəcəyimizə ümid edirik"
Tarix: 06-12-2021 | Saat: 13:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Dağlıq Qarabağ, Aran Qarabağ - HANSI RAYONLAR DAXİLDİR... | Hafta.az

UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq təşkilatın Mətbuat Xidmətindən bildirilib.

“Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq”, - UNESCO-dan məlumat verilib.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər