Tarix: 31-08-2024 | Saat: 19:20
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin 2030-cu ildən əvvəl Aİ-yə üzv olacağına inanmadığını bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Praqada keçirilən “Globsec” təhlükəsizlik konfransının panelində deyib.
“2028-ci ildə Avropa İttifaqının bir hissəsi olacağımıza inanmıram. Bu baş verməyəcək. Mən xalqıma yalan danışmıram. Bu, 2030-cu ildən əvvəl baş verə bilməz. Mənim qiymətləndirməm belədir", - deyə Vuçiç qeyd edib.
Eyni paneldə çıxış edən Monteneqronun Prezidenti Yakov Milatoviç isə ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzv olacağına ümid etdiyini deyib.
"Biz son mərhələyə gəlmək istərdik və indi məqsəd 2028-ci ildə Aİ-nin 28-ci üzvü olmaqdır. Bu, iddialı bir məqsəddir, lakin mən çox ümid edirəm ki, real məqsəd olacaq", - deyə Milatoviç bildirib.
Digər xəbərlər