Saytımızı qiymətləndirin


 
 

Samvel Babayan da “xortladı” - Paşinyan istefa versin!
Tarix: 10-05-2024 | Saat: 16:08
Bölmə:Karusel / Region | çapa göndər

Samvel Babayan da “xortladı” - Paşinyan istefa versin!

 

“Hakimiyyətin Ermənistanı apardığı yol müharibəyə aparır. "Sülhün kəsişməsi" layihəsi müharibənin kəsişməsidir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Armlur.am-a Qarabağdan qovulmuş qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan baş nazir Nikol Paşinyanın sərhədlərin demarkasiyası prosesinə qarşı çıxan insanların müharibə istəməsi barədə bəyanatına icavab olarq bildirib.O deyib ki, Azərbaycan Ermənistanın Sovet İttifaqının tərkibinə daxil olduğu 1925-1926-cı illərdəki ərazilərini tanıyır və bu, 30 948 kvadratmetr təşkil edir.

Babayan deyib ki, Azərbaycanın tələbləri artacaq və növbə Zəngəzur bölgəsinə də çatacaq.

“Bunsuz Azərbaycan razılaşmayacaq. Azərbaycan 10 ildir ki, Xəzər hövzəsi üçün logistika, nəqliyyat, zənginlik marşrutu olmaq üçün sərmayə yatırır ki, mallar Türkiyədən keçərək Avropaya keçsin. Biz siyasi qərar verməliyik ki, bu birlikdə olmaq istəyirik, yoxsa başqa yol seçirik?”.

O, Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış istefa tələbinə toxunaraq deyib: “Nikol Paşinyan çoxdan istefa verməli idi. Bu barədə noyabr-dekabr aylarında parlamentdə danışdım. Qeyd etdim ki, müxalifət hakimiyyəti yeni seçkilərə getməyə məcbur etməlidir. Bu yeganə yoldur”.

Babayandan “Vətən üçün Tavuş” hərəkatına qoşulub-qoşulmayacağınız barədə suala isə belə cavab verib: “Oradan gəlmişəm. Baş yepiskopla şəxsən görüşməmişəm. Niyə görüşməyək? Mən hamı ilə görüşüb öz fikrimi təqdim edirəm”.

Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb.

Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib. 

2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb.  2023-cü ilin sentyabrında həyata keçirlən antiterror tədbirlərindən sonra İrəvana qaçıb.

Samvel Babayan Xocalı soyqırımını törədənlərdən biridir.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər