Saytımızı qiymətləndirin


 
 

Peskov: "Ukraynada hərbi əmliyyatların başlaması ehtimalı yüksəkdir"
Tarix: 02-12-2021 | Saat: 17:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Dmitri Peskov: “Putin mənimlə tez-tez zarafat edir” | Report.az

“Ukraynanın cənub-şərqində hərbi əməliyyatların başlama ehtimalı olduqca yüksəkdir və bu, Rusiyanın narahat olması üçün ciddi əsas yaradır”.

Qarabaginfo.az xəbər veri ki, bu sensasiyalı bəyanat Kremlin mətbuat sözcüsü Dmitri Peskov tərəfindən səsləndirilib.

“Donbasda müharibə? Bu olduqca yüksək ehtimaldır. Ona görə də bizdə qayğı və narahatlıq doğurur”,-deyə Dmitri Pesov bildirib.

Onun sözlərinə görə, Moskva Ukrayna prezidenti Vladirmir Zelenskinin dünən ölkə parlamentində Krımı geri qaytarmaqla bağlı sözlərini ciddi qiymətləndirir. Krımı işğal edən Rusiya Federasyasının nümayəndəsi Ukrayna dövlət başçısının bu ifadəsini “Rusiyanın ərazi bütövlüyünə qəsd” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan pncə RF XİN-nin mətbuat katibi Mariya Zaxarova Ukraynanın Donbas bölgəsinə 125 minlik qoşun, yəni ordunun yarısını topladığını bildirmişdi.(Musavat.com)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər