Saytımızı qiymətləndirin


 
 

“Sərhədlə bağlı vəziyyət gələcək nəsilləri dövləti gücləndirmək imkanından məhrum edəcək” - Voskanyan
Tarix: 27-11-2021 | Saat: 20:27
Bölmə:Karusel / Region | çapa göndər

Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir — FOTO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
“Delimitasiya və demarkasiya prosesindən danışırıq. Məgər dövlətimizin indiki gündəmi budurmu? Hesab edirəm ki, bu gün dövlətimizin gündəliyi Ermənistanın bütün təhlükəsizlik sistemlərinin bərpası və modernləşdirilməsi olmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan səsləndirib: “Düşmənin (Azərbaycan –red) pulemyotunun nişangahı altında necə demarkasiya aparmaq olar?. Üstəlik o pulemyot təkcə nişan almır, həm də atəş aça bilirsə” – deyə Voskanyan erməni xislətini nümayiş etdirib və unudub ki, Azərbaycan ordusu yalnız erməni təxribatının qarşısını alarkən silahdan istifadə edir.

Voskanyan “Qarabağ münaqişəsini həll etmədən delimitasiya və demarkasiya aparmaq həm “Artsax”ın, həm də Ermənistanın gələcəyini təhlükə altına atır” – deyərək sərsəmləyib.

“Ermənistanın bu gün sərhədləri ilə düşdüyü həssas vəziyyət gələcək nəsilləri dövləti gücləndirmək imkanından məhrum etmək deməkdir” – deyə Vardan Voskanyan fikirlərini tamamlayıb .



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər