Saytımızı qiymətləndirin


 
 

Kreml Ermənistan mətbuatını təkzib edib: Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq
Tarix: 07-07-2021 | Saat: 14:22
Bölmə:Karusel / Region | çapa göndər

Kreml Ermənistan mətbuatını təkzib edib: Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan iyulun 7-də Moskvada Dağlıq Qarabağ ətrafında məsələni müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, o, tərəflər arasında hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib.

Jurnalistlərin liderlərin görüş zamanı Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsi variantlara baxacağı və müvafiq sənəd imzalayacağı barədə Ermənistan KİV-ində gedən məlumatları şərh etməsi xahişinə cavab olaraq Kremlin sözçüsü bu informasiyaların həqiqətə uyğun olmadığını bəyan edib.

“Əlbəttə, görüşdə Qarabağ da, orada yerləşdirilmiş Rusiya hərbçiləri də, bütövlükdə ikitərəfli münasibətlər də müzakirə olunacaq. Lakin hansısa sənədin imzalanması planlaşdırılmır”, - deyə o vurğulayıb. (Apa)



Xəbəri paylaş

1316 dəfə oxunub.

Digər xəbərlər