Saytımızı qiymətləndirin


 
 

Təcridxanaya nişanlısına apardığı aşın içindən telefon çıxdı
Tarix: 21-02-2025 | Saat: 19:34
Bölmə:Karusel / Kriminal | çapa göndər

tecridxanaya-nisanlisina-apardigi-asin-icinden-telefon-cixdi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər