Saytımızı qiymətləndirin


 
 

Ermənistan Rusiyadan yeni helikopterlər almaq istəyir
Tarix: 22-11-2021 | Saat: 14:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Rusiyanın ən yeni Ka52M və Mi-28NE hücum helikopterlərinə maraq göstərir.

 

Qarabaginfo.az xəbər verir ki,  bu barədə TASS-a müsahibəsində “Rus Helicopters” holdinqinin baş direktoru Andrey Boqinski bildirib.

 

Onun sözlərinə görə, bunlara Ermənistandan başqa Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də maraq göstərir.

 

Qeyd edək ki, Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə oluna bilər. Mi-28NE silah kompleksinə 30 mm-lik daşınan top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raketlər, iki növ idarə olunmayan raketlər, 500 kq-a qədər olan bombalar daxildir.

 

Xatırladaq ki, Rusiyanın iyirmidən çox müxtəlif modelli helikopteri Ermənistan ordusunda xidmətdədir.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər