Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın öz vətəndaşlarına Qərbi Zəngəzurla bağlı tövsiyəsi: Müharibə başlayır?
Tarix: 22-11-2021 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-ın öz vətəndaşlarına Qərbi Zəngəzurla bağlı tövsiyəsi: Müharibə başlayır?

 

 

"ABŞ hökumətinin vətəndaşlarına Qərbi Zəngəzura səfər etməməklə bağlı tövsiyəsi bölgədə və sərhəddə yeni müharibənin alovlana biləcəyi anlamına gəlməməlidir”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-ın Ermənistandakı səfirliyinin öz vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədə (Qərbi Zəngəzura) səfərlərdən çəkinməklə bağlı çağırışına münasibət bildirərkən deyib: 
"ABŞ daim öz vətəndaşlarına hər hansı bir ölkədə təhlükəli yerlərə getməməyi məsləhət görür. Onlar görür ki, Qərbi Zəngəzurda atışmalar var, hərdən döyüşlər baş verir. Amerikalı belə vəziyyətdə ora getməklə həyatını təhlükədə qoyacaq, bunun məsuliyyətini isə ABŞ hökuməti daşıyacaq. Ona görə də Vaşinqton vətəndaşlarına indiki halda Qərbi Zəngəzura səfər etməməyi tövsiyə edib”. 
 
Politoloq qeyd edir ki, burada hər hansı bir siyasi məqsəd axtarmaq lazım deyil: 
"Sadəcə, Vaşinqton öz məsuliyyətini dərk edir və məsuliyyətləri dairəsində vətəndaşlarını təhlükəli yerlərə getməkdən yayınmağa çağırır. ABŞ hökumətinin vətəndaşlarına etdiyi bu tövsiyə heç də bölgədə və sərhəddə yeni müharibənin alovlana biləcəyi anlamına gəlməməlidir. Bölgədə müharibə başlasa, bütün ölkəni əhatə edəcək. O yerdə ki genişmiqyaslı müharibə gedir, Vaşinqton vətəndaşlarına, ümumiyyətlə, həmin ölkələri tərk etməyi tövsiyə edir. Burada isə təhlükəli vəziyyət olaraq ancaq Qərbi Zəngəzurun adı hallanır”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb. ABŞ-ın bu ölkədəki səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyi tövsiyə edib.


Xəbəri paylaş

213 dəfə oxunub.

Digər xəbərlər