Saytımızı qiymətləndirin


 
 

Peskov: "Kreml ABŞ-da prezidentlik yarışının gedişatını diqqətlə izləyəcək" 
Tarix: 14-07-2024 | Saat: 14:15
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Dmitri Peskov

 

Rusiya hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən onların seçkiləri olacaq, görək sonda kim qalib gələcək və o, qalib gəlsə, prezident ola biləcəkmi, indi orada da hər şeyi diqqətlə izləyəcəyik” – o deyib.

Peskov seçkilərdən sonra Vaşinqtonun siyasətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı spekulyasiya etməyib.

“Qoy amerikalılar özləri daxili vəziyyətlə məşğul olsunlar. Və hər bir xalq öz prezidenti ilə fəxr edir. Biz özümüzlə fəxr edirik. Qoy amerikalılar öz işlərini həll etsinlər”, - deyə Kreml nümayəndəsi qeyd edib.

Müsahibə iyulun 11-də lentə alınıb və iyulun 14-də dərc edilib.

 

 



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər