Tarix: 23-02-2022 | Saat: 17:49
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna Müstəqil Dövlət Birliyinin (MDB) daha bir sazişindən çıxıb.
Qarabaginfo.az "Ukrinform"a istinadən verdiyi xəbərə görə, Ukrayna hökuməti “1941-1945-ci illər Böyük Vətən müharibəsində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin xalqlarının şücaət və qəhrəmanlıqlarının xatirəsinin əbədiləşdirilməsi haqqında Sazişdən çıxmaq haqqında” qanun layihəsini təsdiqləyib.
Sazişdən çıxmaqla bağlı izahatda qeyd olunub ki, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzü nəzərə alınaraq belə bir sazişdə iştirak yersizdir.
Bu saziş 2011-ci il sentyabrın 3-də Düşənbədə imzalanıb və Ukrayna 2013-cü il 18 apreldə sazişi qeyd-şərtlə ratifikasiya edib.
Qeyd edək ki, fevralın 16-da Ukrayna Ali Radası “Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanmış bəzi beynəlxalq müqavilələrdən çıxmaq haqqında” qanun qəbul edib.
Digər xəbərlər