Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
Tarix: 06-11-2021 | Saat: 16:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Qarabaginfo.az-ın XİN-ə istinadən verdiyi məlumata görə, nazir Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlər tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. İki ölkə arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.

Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəf məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər