Saytımızı qiymətləndirin


 
 

Qanunsuz satılan 192 adda məhsul məhv edildi
Tarix: 13-01-2022 | Saat: 20:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qanunsuz satılan 192 adda məhsul məhv edildi

Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzlərində yoxlamalar zamanı 192 adda mənşəyi məlum olmayan məhsul aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) adı altında müxtəlif çeşidli məhsulların topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda plandankənar yoxlama keçirib.

Araşdırma zamanı mağazalarda qida təhlükəsizliyi sertifikatları olmayan, müxtəlif çeşidli və çəkilərdə qablaşdırılmış 192 ədəd mənşəyi məlum olmayan məhsul satışdan kənarlaşdırılaraq məhv edilib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər