Saytımızı qiymətləndirin


 
 

Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar
Tarix: 22-08-2026 | Saat: 08:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar

ABŞ-da noyabr seçkilərində Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə demokratlar administrasiyanın müxtəlif sahələrdəki fəaliyyətinə dair araşdırmalara başlamağa hazırlaşırlar.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Demokratlar artıq araşdırılması planlaşdırılan təxminən 12 istiqamət müəyyənləşdiriblər.

Bunlara ABŞ-ın İrana qarşı hərbi əməliyyatı, Donald Tramp və ailə üzvlərinin biznes fəaliyyəti, Ağ Evdə bal zalının tikintisi, Trampın pedofillikdə ittiham olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələri və immiqrasiya qurumlarının fəaliyyəti daxildir.

Məlumata görə, demokratlar hələ Trampa qarşı impiçment prosesinə başlamaq məsələsində razılığa gəlməyiblər.

Ağ Ev hüquqşünasları artıq nazirləri və müşavirləri Konqresdə mümkün ifadə tələbləri barədə məlumatlandırıb və onlara bu sorğulara necə cavab verməli olduqları ilə bağlı təlimat verib.

“WSJ” onu da qeyd edir ki, Nümayəndələr Palatasında çoxluğu təmin etmək üçün demokratlara cəmi bir neçə əlavə yer qazanmaq kifayətdir.

Rəsmi olaraq respublikaçıların nəzarətində olan Senatda mübarizənin nəticəsini isə proqnozlaşdırmaq daha çətindir.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər