Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb
Tarix: 15-11-2021 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb

“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun həmin müəssisənin baş mühasibi, aqronomu və digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq qurumun xəzinə kitabı, mədaxil və məxaric orderləri və digər sənədlərinin saxtalaşdırılması, satışdan əldə edilən vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi və digər bu kimi qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə və digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

"Əlavə məlumat üçün bildirilir ki, istintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib", - Mətbuat Xidmətindən bildirilib.



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər