Saytımızı qiymətləndirin


 
 

Goranboyun Abbasqulular kəndində əhalinin içməli su problemi həll edilib - FOTO
Tarix: 13-11-2021 | Saat: 18:35
Bölmə:Karusel / Sosial | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu münasibətlə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Goranboy Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, “Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə və bir qrup kənd sakinlərinin iştirakı ilə kəndə içməli suyun verilməsi ilə bağlı tədbir keçirilib.

Onu da qeyd edək ki, bir müddət öncə Abbasqulular kənd sakinləri deputat Anar Məmmədova içməli su probleminin olması ilə bağlı müraciət etmişdilər. Deputat da öz növbəsində məsələnin həlli ilə bağlı “Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinə sorğu göndərmiş və problem tezliklə aradan qaldırılıb.

Kənd sakinləri uzun illərdir uzaq məsafədən su daşıdıqlarını, nəhayət ki, bu əziyyətdən qurtulduqlarını deyib və sevinclərini bölüşüblər. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər