Saytımızı qiymətləndirin


 
 

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar  - VİDEO
Tarix: 23-01-2021 | Saat: 15:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO

 

Zaman keçdikcə tarixi ədalət gec də olsa, həmişə öz yerini tapır. Eynən əbədi və əzəli Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması kimi.

Düzdür, bu yolda minlərlə şəhidlər verdik, yaralılarımız da oldu. Amma biz yolumuzdan dönmədik. Ermənilər bəs nə etdi bu 30 ilə yaxın zaman ərzində?

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, vandalizmi dövlət siyasətinin ana xəttinə çevirən Ermənistan bu müddət ərzində işğal etdiyi ərazilərimizi talan etməklə bərabər, buradakı tarixi abidələrimizi, məscid və türbələrimizi, qəbiristanlıqlarımızı demək olar ki, tamamilə məhv etdi.

Bura Zəngilanın mərkəzində yerləşən şəhər qəbiristanlığıdır. Minlərlə insanın rahat uyumalı olduğu, amma rahat uyuya bilmədiyi, yaşı yüz illərlə ölçülən qədim qəbiristanlıq Zəngilan işğal altında qaldığı 27 il ərzində erməni "goreşənlərinin" mənfur əməllərini həyata keçirdiyi əsas məkanlardan biri olub.

Hazırda Zəngilan rayonu ərazisində yerləşən qəbiristanlıqlardan birindəyik. Görünən odur ki, erməni vandalizmi 27 il ərzində ölülərimizin də ruhunu rahat buraxmayıb. Ermənilər meyitlərin üzərindəki qızıl dişləri götürmək məqsədilə bütün qəbirlərin baş tərəfini qazıb və buradakı sümükləri dağıdıblar.

Bu azmış kimi, qəbiristanlıqda ağ və qara mərmərdən inşa olunmuş bir dənə də olsun, məzara rast gəlmək mümkün deyil. Azğınlaşmış düşmən asan gəlir əldə etmək üçün buradakı qəbirlərin daşlarını oğurlayıb satmaqdan belə çəkinməyib.

Ermənilər tərəfindən dağıdılmış daha bir məzarı görürsünüz. Ermənilər tərəfindən dağıdılmış belə məzarlara təkcə Zəngilanda deyil, işğaldan azad olunmuş digər ərazilərimizdə də rast gəlmək mümkündür".

Qəbiristanlığa gələn bir çox Zəngilan sakini öz doğmalarının məzarlarını tapa bilmirlər. Zəngilan sakini Mirfaiq Əhmədov rayonun sayılıb-seçilən ruhanilərindən olan babası Mirəli ağanın məzarını tapsa da, məzarın üzərində inşa olunmuş türbədən əsər-əlamət yoxdur: “Gəldik qəbiristanlığa müqəddəs qəbirlərimizi ziyarət etməyə. Ağamın günbəzini ziyarət edəndə gördük ki, o böyüklükdə günbəzi, inam yerimizi uçurub dağıdıblar. Elə bir vəziyyətə salıblar ki, bütün qəbir dağılıb. Təzədən qəbirin üstünü bərpa elədik ki, sümüklər görünməsin. Dünyada heç kim müqəddəs yerlərə toxunmur. Amma bunlar bizim müqəddəs qəbirlərimizə toxundular”.

Zəngilan qəbiristanlığından bir qədər aralıda şəhər məscidi yerləşir. Yolüstü ora da baş çəkdik. Məscidin XVII əsrdə Səfəvilər tərəfindən inşa olunduğu bildirilir. Memarlıq kompleksinin daş kitabəsi erməni quldurları tərəfindən dağıdıldığına görə onun memarı haqqında dəqiq məlumat əldə edə bilmədik. Uzun illər ermənilər tərəfindən mal tövləsi kimi istifadə edilən Zəngilan məscidi bir vaxtlar rayonun ən gözəl memarlıq incilərindən hesab olunurdu:

Hazırda Zəngilan məscidindəyik. Rayon ərazisində bunun kimi 10-dan artıq məscid olub ki, onların da hər biri ermənilər tərəfindən məhv edilib.

İşğaldan öncə Zəngilan qədim tarixi, özünəməxsus tarixi abidələri, öz memarlıq üslubu ilə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. 1993-cü ilin oktyabr ayında ermənilər rayonu işğal etdiyi zaman Zəngilan rayon Mədəniyyət Şöbəsinin tabeliyində 70 müstəqil kütləvi kitabxana, rayon Mədəniyyət Evi, 8 kənd Mədəniyyət Evi, 7 avtoklub, 3 mədəni çadır, 3 muzey, 4 uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı, 54 kənd klubu, 6 qeydiyyatda olan və onlarla qeydiyyatda olmayan məscidlər və yüzlərlə tarix-memarlıq abidələri olub.

Eməni "hay"asızlığının qurbanı olan həmin abidələri bu gün yalnız tarix kitablarında, arxiv fotolarında görə bilirik. Şanlı ordumuzun qələbəsini həzm edə bilməyən erməni havadarları isə bunu görməzdən gəlir.

 



Xəbəri paylaş

1345 dəfə oxunub.

Digər xəbərlər