Saytımızı qiymətləndirin


 
 

Bakı sakini binanın girişində güllələnib
Tarix: 12-11-2018 | Saat: 12:09
Bölmə:Karusel / Kriminal | çapa göndər

tapança ile ilgili görsel sonucu

 

"Qarabaginfo"nun "Report.az"-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Nəcəfovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədi ilə öldürmək istəyib.



Xəbəri paylaş

566 dəfə oxunub.

Digər xəbərlər