Saytımızı qiymətləndirin


 
 

Rusiya sərhədçiləri gələn il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxacaq
Tarix: 08-10-2024 | Saat: 22:12
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya sərhədçiləri gələn il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxacaq

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən Nəzarət Buraxılış məntəqələrindən çıxarılacaq.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada bu gün keçirilmiş görüşdə razılıq əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, gələn il yanvarın 1-dən İranla Ermənistan arasında Nəzarət Buraxılış məntəqələrində yalnız erməni sərhədçilər xidmət edəcək.

Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət isə Rusiya və Ermənistan sərhədçiləri hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti onilliklər sonra İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər