Noyabrın 9-da imzalanan sənəddə dəhliz məntiqi var. Sənədin 9-cu bəndində deyilir ki, Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat marşrutu Rusiya sərhədçiləri tərəfindən idarə olunacaq. Yəni Ermənistan artıq öz suverenliyinin bir hissəsini verib. Ona görə də deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. Onsuz da dəhliz olacaq. Problem başqadır: bu dəhlizə kim nəzarət edəcək – Rusiya, yoxsa Azərbaycan qüvvələri?
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəhliz məsələsininin güc yolu ilə həllinə cəhd ediləcəyi halda müqavimət göstərəcəyi barədə bəyanatına da toxunub:
“Uşaqlar, əgər sizin rəhbərliyiniz altında olan silahlı qüvvələr müqavimət göstərmək iqtidarındadırsa, bəs nə üçün Qaragöl və Zod-Xəznəvarda sərhədimizi qoruya bilmirsiniz? Xalqı axmaq hesab edirlər”.(Axar.az)