Saytımızı qiymətləndirin


 
 

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib
Tarix: 12-12-2022 | Saat: 12:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olanlara dair məlumatlar daxil edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, bu altsistemə artıq 230 mindən çox şəxsə dair məlumatlar daxil edilib.

“Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynadı.

Aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sistem üzərindən onlara proaktiv qaydada təqaüd təyinatları aparılıb.



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər