Tarix: 05-11-2021 | Saat: 09:59
Bölmə:Karusel / İdman | çapa göndər
Avrokubokların qrup mərhələsinin IV turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Qarabaginfo.az-ın məlumatına görə, Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Qazaxıstanda “Kayrat”a qalib gəlib.
2:1 hesablı səfər qələbəsi ölkəmizin reytinqinə 0,500 xal əlavə edib. Həmçinin qrupdan çıxmağın təmin edildiyi üçün əlavə 0,250 xal aktivimizə əlavə olunub. Bununla da cari mövsüm əldə edilən xal 4,125-ə çatıb.
Son 5 ilə əsasən hesablanan reytinqimiz 16,750-yə yüksəlib. Bu, sıralamada 1 pillə irəliləmək üçün yetərli olub.
Azərbaycan Avropada 25-ci pilləyə qalxıb. Ölkəmiz 16,650 xala malik Rumıniyanı arxada qoyub.
Ən yaxın izləyicisini 0,100 xal qabaqlayan Azərbaycanın 24-cü olan Bolqarıstanla fərqi 2,500 xala bərabərdir.
Qeyd edək ki, cədvələ 94,826 xala malik İngiltərə başçılıq edir.
Digər xəbərlər