Saytımızı qiymətləndirin


 
 

Azay Quliyev ATƏT -in Regional Toplantısında çıxış etdi
Tarix: 28-10-2021 | Saat: 13:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Oktyabrın 26-da və 27-də hibrid formatda  ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib.

Qarabaqinfo.az xəbər verir ki, tədbirdə Serbiyanın Xarici İşlər naziri Nikola Selakoviç, ATƏT-nın Baş katibi Helqa Şmidt, ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya, ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərləri, region ölkələrinin ATƏT-dəki daimi nümayəndələri, eləcə də ATƏT-in digər institutlarının təmsilçiləri iştirak ediblər. 

 

İki günlük konfrans çərçivəsində COVİD-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada Sahə Missiyaları fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzunda həyata keçirdiyi sil-silə müzakirələr haqda fikir mübadiləsi aparılıb. 

 Tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev çıxış edib. Azay Quliyev xüsusi nümayəndə kimi mandatına daxil olan məsələlər haqqında məlumat verərək bildirdi ki, Cənub-Şərqi Avropada, xüsusən də Qərbi Balkanlarda barışıq və münasibətlərin bərpasının təşviq edilməsi məqsədilə cəmiyyətin bütün təbəqələri arasında, xüsusən də parlament səviyyəsində dialoqun dəstəklənməsi, həmçinin demokratik təsisatların transformasiyası və formalaşmasına töhfə verilməsi, eləcə də regionda cərəyan edən əsas hadisələrlə bağlı Assambleyaya hesabat verilməsi, o cümlədən regiondakı  siyasi və təhlükəsizlik məsələləri ilə bağlı ATƏT və Parlament Assambleyasının müvafiq komitələrinin fəaliyyətinin koordinasiya edilməsinə məsuldur və bu vəzifələrin uğurla icrası məqsədilə ATƏT-in missiya rəhbərləri ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

 Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə noyabrın 1-ci yarısında Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu,  daha sonra  Yunanıstana səfəriniin həyata planlaşdırıldığını bildirdi. Gələn il ərzində Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsinin gözlənildiyini söylədi.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər