Saytımızı qiymətləndirin


 
 

"İlham Əliyev Serjik kimi məxluqa növbəti dəfə öz yerini göstərdi və onun kim olduğunu ortaya qoydu"
Tarix: 04-10-2021 | Saat: 19:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Serjik kimi məxluqa növbəti dəfə öz yerini göstərdi və onun kim olduğunu ortaya qoydu

“Ötən il oktyabrın 3-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi mənfur düşmənlərimizin işğalından azad edildi. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad olunan Suqovuşan qəsəbəsi həm hərbi, həm də strateji əhəmiyyəti işğalçı ölkənin bütün planlarını pozdu. Hesab edirəm ki, strateji əhəmiyyətə malik olan Suqovuşanın azad edilməsi ilə mövqelərimizin daha da möhkəmlənməsinə nail olduq”.

Bu fikirləri Qarabaginfo.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Suqovuşanın azad edilməsi ilə həm də düşmənin Tərtərə zərbələr endirməsinə son qoyuldu: “Beləliklə, Azərbaycan strateji yollar və yüksəklikləri nəzarətə götürdü, düşmənin xeyli qüvvəsi təcrid edildi”.

Deputat qeyd edib ki, bir il sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedərək orada Azərbaycan bayrağını ucaltması tarixi və rəmzi xarakter daşıyır: “Prezident Tərtərə səfəri zamanı “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində iştirak etdi. Hesab edirəm ki, qısa müddət ərzində Suqovuşanda bərpa prosesinin sürətlə aparılması Azərbaycan Prezidentinin iradəsindən və dövlətimizin artan iqtisadi gücündən xəbər verir. Onu da qeyd edim ki, erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımışdılar, apara bilmədiklərini isə dağıtmışdılar. Bu da bir daha onların xislətindən xəbər verir. Yenidənqurma işlərindən sonra isə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda dövlət başçımız tərəfindən Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışının edilməsi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması Azərbaycanın qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması istiqamətində reallaşan işlərin real nümunəsidir".

Cavid Osmanov
Cavid Osmanov

C.Osmanov əli günahsız azərbaycanlıların qanına batmış, Xocalı cəlladı Serj Sarkisyanın hazırda da yaramaz əməllərindən əl çəkmədiyini, revanşist bəyanatlarla çıxış etdiyini bildirib: “Onu da qeyd edim ki, Serjik bu yaxınlarda müsahibələrinin birində Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlı əhaliyə qarşı qətliam törədənlərdən biri olduğunu etiraf edib. Prezident İlham Əliyev Serjikə və onun kimilərə növbəti dəfə xəbərdarlıq edərək dedi: “Onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi. Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”. Azərbaycan Prezidenti bu sözləri deməklə Serjik kimi məxluqa növbəti dəfə öz yerini göstərdi və onun kim olduğunu ortaya qoydu. Onu da qeyd edim ki, Serjikin ikiüzlü, alçaq, korrupsioner, “tuşonka” oğrusu olduğunu Ermənistan xalqı da bilir və elə özləri tərəfindən də lənətlənir. Serjik ağlını başına yığmalı, Azərbaycan barədə sərsəm bəyanatlar verməkdən çəkinməlidir. Əks-halda dəmir yumruğu bir daha başında hiss edəcək".



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər