Saytımızı qiymətləndirin


 
 

Harvard Universiteti akkreditasiyadan məhrum edilə bilər– ABŞ hökuməti araşdırmalara başlayıb
Tarix: 10-07-2025 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Harvard

ABŞ-nin Təhsil Nazirliyi Harvard Universitetinə qarşı rəsmi araşdırma başladıb. Səbəb kimi ali təhsil müəssisəsində ayrı-seçkiliklə mübarizə qanunlarının pozulması göstərilir. İddialar təsdiqlənərsə, ölkənin ən nüfuzlu və qədim universitetlərindən biri olan Harvard akkreditasiyasını və eyni zamanda federal maliyyələşməni itirmək riski ilə üz-üzə qala bilər.

ABŞ-ın təhsil naziri Linda McMahon məsələ ilə bağlı açıqlamasında universitet rəhbərliyinin tələbələri düşmənçilik davranışlarından qorumaqda aciz qaldığını bildirib. Nazirlik Harvardın fəaliyyətində insan haqları və bərabərlik prinsiplərinin pozulduğunu ehtimal edir.

Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamentinin nümayəndələri də universitetə müraciət edərək, xarici tələbələr üçün nəzərdə tutulan proqramlar barədə əlavə məlumatlar tələb ediblər. Bu, araşdırmanın miqyasının təkcə daxili münasibətlərlə məhdudlaşmadığını göstərir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər