Tarix: 31-10-2025 | Saat: 10:08
Bölmə:Karusel / İdman | çapa göndər
UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub.
Qarabaginfo.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, ixtisasca hərbi həkim olan D.Kubriak müharibəyə könüllü qatılıb.
Yaralılara kömək edən referi daha sonra ruslar tərəfindən əsir götürülüb. 5 ay saxlanıldıqdan sonra isə rusiyalı əsirlərlə dəyişdirilib.
Kubriak indi isə Gənclər Liqasında hakimlik üçün Bakıya gəlir.
Qeyd edək ki, ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq





Digər xəbərlər




 
 











%20(4):1200.jpg)


