Saytımızı qiymətləndirin


 
 

Moskva hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər tətbiq olunur
Tarix: 06-05-2025 | Saat: 20:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Moskva hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər tətbiq olunur

PUA hücumu təhlükəsi ilə əlaqədar Moskva hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər səbəbindən xarici nümayəndə heyətlərinin təyyarələri Sankt-Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Еж" məlumat yayıb.

"Protokol təcili olaraq dəyişdirilir. Nümayəndə heyətlərinin başçılarına Rusiyanın regionlarından birinə səfər etmək, sonra isə dəmir yolu və ya avtomobil yolu ilə Moskvaya getmək təklif olunur", - mənbə "Еж"a bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın Moskvanı PUA hücumuna tutması inyensivləşib. Rusiya Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər Moskva istiqamətində Ukraynanın 19 PUA-sının vurulduğunu açıqlayıb.

Bu gün axşam saatlarından başllayaraq Moskvaya PUA hücumu başlayıb. Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 3 PUA-nın vuruldağını açıqlayıb.

Xatırladaq ki, Kremlin açıqladığı məlumata görə, faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək təntənəli bayram tədbirlərinə 29 xarici ölkə başçısının gəlməsi planlaşdırılır.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər