Saytımızı qiymətləndirin


 
 

Erməni general rus ordusu ilə savaşa çağırış etdi: “Yeni ssenari...”
Tarix: 14-10-2021 | Saat: 20:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Erməni general rus ordusu ilə savaşa çağırış etdi: “Yeni ssenari…”whatsapp sharing button

“Ukrayna Krım və Donbası hərbi yolla qaytarmağa hazır olmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın erməni əsilli keçmiş daxili işlər naziri general Arsen Avakov deyib.

O, Kiyevin işğal olunmuş ərazilər uğrunda müharibə ssenarisini nəzərdən keçirmədiyinə təəccübləndiyini bildirib.

Avakov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını müasir silahlardan istifadə edərək plan hazırlamağa çağırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Donbas və Luqanskın müvəqqəti işğalda olduğunu, tezliklə azad ediləcəyini bildirib.

Ukrayna hökuməti, eyni zamanda Rusiya tərəfindən ilhaq edilmiş Krımın azad edilməsi ilə bağlı dövlətin strategiyasını təsdiqləyib.(Teleqraf.com)



Xəbəri paylaş

1365 dəfə oxunub.

Digər xəbərlər