Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxslərini cərimələdi
Tarix: 23-01-2024 | Saat: 17:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxslərini cərimələdi

 

Azərbaycan Mərkəzi Bankı (AMB) "City Finance" və "İdeal Kredit" MMC-lər, eləcə də "Embafinans" QSC bank olmayan kredit təşkilatlarını (BOKT) və onların vəzifəli şəxslərini ümumilikdə 66,5 min manat cərimə edib.

 

Qarabaginfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, maliyyə sanksiyası qurumun apardığəı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunub.

 

AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə "City Finance" 20 min manat, onun vəzifəli şəxsi 2 min manat, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "İdeal Kredit" 20 min manat, onun vəzifəli şəxsi 2,5 min manat, Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Embafinans" 20 min manat, onun vəzifəli şəxsi 2 min manat cərimələnib.



Xəbəri paylaş

1145 dəfə oxunub.

Digər xəbərlər