Saytımızı qiymətləndirin


 
 

 Volkov Kremldən qərar gözləyir...-Guya azərbaycanlılara  vaxt verilib...
Tarix: 13-12-2022 | Saat: 09:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Volkov Kremldən qərar gözləyir...-Guya azərbaycanlılara  vaxt verilib...
""...Sülhməramlı"ların sözlərinə görə, problemin həlli üçün siyasi qərar lazımdır və onlar azərbaycanlıları yoldan zorla çıxarmaq fikrində deyillər..."
 
Dünən - dekabrın 12-i səhər saat 9:00-dan Azərbaycan ictimai fəallarının Şuşa-Xankəndi yolunu bağlamasından sonra işğalçı və separatçı erməni rejimləri əlacsız durumda qalaraq ümidlərini Rusiya "sülhməramlı"larına bağlayıblar. 
 
Qarabaginfo.az xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin səhər saatlarında yaydığı məlumatda "sülhməramlı"ların Moskvadan qərar gözlədiyi bildirilir.
Məlumatda şikayət edilir ki, əvvəlki günlərdən fərqli olaraq  fərqli olaraq azərbaycanlılarla danışıqlara separatçı rejim nümayəndələri, o cümlədən qondarma "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan cəlb olunmayıb. Dünən Xankəndindəki üzdəniraq "deputat"lar "sülhməramlı"ların komandiri Volkovla görüşsələr də, o,separatçı rejim üzvlərinin danışıqlarda iştirakını kəskin şəkildə rədd edib. 
 
Rusiya "sülhməramlı"ları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu həm də azərbaycanlıların tələbidir. Onların sözlərinə görə, problemin həlli üçün siyasi qərar lazımdır və  onlar azərbaycanlıları yoldan zorla çıxarmaq fikrində deyillər. Lazımi qərarı “yuxarıdan” alanda onlar da nə edəcəklərini biləcəklər...
 
"Məhz buna görədir ki, axşam saatlarında yayılan mesajda milli assambleya fraksiyalarının liderləri adından belə bir müraciət edilib: “Biz Rusiya sülhməramlılarını üçtərəfli saziş çərçivəsində ən sərt tədbirlərlə azərbaycanlıların bu cür qeyri-insani hərəkətlərinə son qoymağa çağırırıq”- erməni nəşri belə yazır.
 
Xankəndində mənbələr belə bir dezinformasiya da yayırlar ki, azərbaycanlıların "davranışlarından və təxribat xarakterli hərəkətlərindən hiddətlənmiş Rusiya "sülhməramlı"ları guya Laçın dəhlizini qeyri-qanuni bağlamış azərbaycanlılara günün ikinci yarısına qədər vaxt veriblər ki, yolu könüllü olaraq açsınlar. Əks halda onlar güc tətbiq etməklə yolu açıb nəqliyyatın hərəkətini bərpa edəcəklər...
 
Guya "Sülhməramlılar bu barədə dolayı yolla Xankəndinin "Dirçəliş" meydanına toplaşan vətəndaşlara məlumat veriblər ki, onlar özbaşına dəhlizi açmaq üçün hərəkətlərdən çəkinsinlər"- bunu erməni  mənbələri yazır. 
 
Şuşa-Xankəndindəki yolunda gecənin soyuq havasında da davam edən etiraz aksiyası isə bir dəqiqə də dayandırılmayıb. Aksiya iştirakçıları Rusiya "sülhməramlı"larının komandanı A.Volkovun gəlib onların haqlı tələblərini dinləyib yerinə yetirməyincə geri çəkilməyəcəklərini bildirirlər...
(Moderator.az)


Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər