Saytımızı qiymətləndirin


 
 

Goranboyada Vətən müharibəsi şəhidi İxtiyar Əliyevlə vida mərasimi başlayıb
Tarix: 14-10-2021 | Saat: 12:12
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Goranboyada Vətən müharibəsi şəhidi İxtiyar Əliyevlə vida mərasimi başlayıb

Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan gizir İxtiyar Əliyevin nəşi ailəsinə təhvil verilib.

Qarabaginfo.az xəbər verir ki, hazırda onun ailəsinin yaşadığı Goranboy rayon Goranlı kəndində şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Goranlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.

Mərhum ailəli idi, övladı isə yoxdur.

Allah rəhmət etsin!

11:45

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

Şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00-da vida mərasimi keçiriləcək.(Report)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər