Saytımızı qiymətləndirin


 
 

Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açılıb
Tarix: 13-10-2021 | Saat: 09:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açılıb

Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bu barədə Qarabaginfo.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.(Report)



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər
4-10-2023, 13:22 Araikin SAXLANILMA ANI