Saytımızı qiymətləndirin


 
 

Bill Qeytsdən koronavirus açıqlaması: “Son çox da uzaqda deyil“
Tarix: 09-12-2021 | Saat: 16:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bill Qeytsdən koronavirus açıqlaması: “Son çox da uzaqda deyil“

 

Koronavirusun yeni ştammlarının ortaya çıxmasına və peyvəndlərin kifayət qədər olmamasına baxmayaraq, COVID-19 pandemiyasının kəskin mərhələsi gələn ilin əvvəlində başa çata bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts şəxsi bloqunda məlumat paylaşıb.

O, etiraf edib ki, "delta" ştammının belə yoluxucu variantının meydana çıxacağını və insanların peyvənd olunmağa və maska taxmağa bu qədər uzun müddət inandırılmalı olacağını gözləmirmiş.

"Lakin ümid edirəm ki, son çox da uzaqda deyil. Başqa bir proqnoz vermək ağılsızlıq olardı, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi 2022-ci ildə başa çatacaq".

“Omikron” ştammının narahatlığına baxmayaraq, qlobal ictimaiyyət indi əvvəlki mərhələlərə nisbətən virusla mübarizə aparmaq üçün daha yaxşı təchiz olunub”, - Bill Qeyts deyib. (modern.az)



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər