Saytımızı qiymətləndirin


 
 

Türkiyədə Netanyahunun İnterpolla axtarışa verilməsi üçün rəsmi prosedura başlanılıb
Tarix: 21-08-2026 | Saat: 17:56
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrailin Baş naziri Benyamin Netanyahu

 

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “qırmızı bülleten” çıxarılması üçün İnterpola müraciət edib.

“Anadolu” agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Nazirin sözlərinə görə, Netanyahunun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi və həbs olunması üçün rəsmi prosedura başlanılıb.

Qeyd edək ki, 14 iyul 2026-cı ildə İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib. Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, 21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahunun həbs olunması ilə bağlı qərar verib.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər