Tarix: 11-10-2021 | Saat: 17:21
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bakı şəhəri 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəlliminin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Qarabaginfo.az xəbər verir ki, məlumatə Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb. Qeyd edilib ki, eyni zamanda paytaxtdakı 225 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavininin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunub. O, digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hər iki məktəbdə əyani təhsil davam edir.
Qeyd edək ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
Digər xəbərlər