Saytımızı qiymətləndirin


 
 

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb - FOTO
Tarix: 29-09-2023 | Saat: 10:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

Qarabaginfo.azxəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər