Tarix: 12-08-2024 | Saat: 15:38
Bölmə:Karusel / Qarabağ / Video | çapa göndər
İşğaldan azad olunan bölgələrin təhlükəsiz mühitə çevirilməsi məqsədilə DİN əməkdaşları fasiləsiz xidmət aparır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən həftə keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Digər xəbərlər