Saytımızı qiymətləndirin


 
 

Sakinlər “Azəriqaz”a mane oldu, polis çağırıldı FOTOLAR
Tarix: 22-05-2020 | Saat: 14:32
Bölmə:Karusel / Problem | çapa göndər

 

Sakinlər “Azəriqaz”a mane oldu, polis çağırıldı

 

Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar. 

“Azəriqaz”dan verilən məlumata görə, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək.
Qafqazinfo.az



Xəbəri paylaş

2 019 dəfə oxunub.

Digər xəbərlər
11-04-2024, 09:50 Yasamal rayonunda YANĞIN