Tarix: 01-06-2022 | Saat: 17:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitriy Maxoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verdiyi bildirilib.
Eyni zamanda iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla həyata keçirilən müştərək layihələrin əhəmiyyəti qeyd edilib.
Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Perm vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
2021-ci ilin dekabrında Perm vilayətinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunuldu, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirildiyi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi vurğulanıb.
Perm vilayətinin Aqroekspress layihəsi çərçivəsində Rusiyada malların qəbulu və göndərilməsi üzrə pilot ərazilərdən biri kimi müəyyənləşdirildiyi nəzərə alınaraq, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Digər xəbərlər