Saytımızı qiymətləndirin


 
 

Zəngəzur milli parkında bəbir balaları doğuldu - VİDEO
Tarix: 29-09-2021 | Saat: 17:29
Bölmə:Karusel / Sosial | çapa göndər

Naxçıvan MR-də Həsən Əliyev adına Zəngəzur milli parkında bu ilin yazında yeni bəbir balaları dünyaya gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi məlumat verib. 

"Yayın ortasında artıq onlar analarının ardına düşüb gələcək ov ərazilərini kəşf edirdilər.

Milli park ərazisində son 9 ildə dördüncü dəfədir ki, yeni balalar müşahidə edirik (təxminən iki ildə bir dəfə). Burada artıq 8 bala dünyaya gəlib. Onlar böyüyüb ətraf ərazilərə yayılır və Qafqazda bəbir populyasiyasının bərpasında əhəmiyyətli rol oynayırlar.

Bəbirlərin qorunması proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən aparılır. Uzun vaxt və səylər tələb edən bu proqram artıq öz bəhrəsini verməkdədir", - məlumatda deyilir.(Qafqazinfo)



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər