Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi məlumat verib.
"Yayın ortasında artıq onlar analarının ardına düşüb gələcək ov ərazilərini kəşf edirdilər.
Milli park ərazisində son 9 ildə dördüncü dəfədir ki, yeni balalar müşahidə edirik (təxminən iki ildə bir dəfə). Burada artıq 8 bala dünyaya gəlib. Onlar böyüyüb ətraf ərazilərə yayılır və Qafqazda bəbir populyasiyasının bərpasında əhəmiyyətli rol oynayırlar.
Bəbirlərin qorunması proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən aparılır. Uzun vaxt və səylər tələb edən bu proqram artıq öz bəhrəsini verməkdədir", - məlumatda deyilir.(Qafqazinfo)