Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb
Tarix: 29-09-2021 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
369 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-09-2021 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.
Qarabaginfo.az-ın yerli bürosunun xəbərinə görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.
Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2022, 13:47
Ağdamda içərisində sərnişin olan avtomobili sel apardı
15-09-2021, 16:56
Azərbaycanda dünya çempionu narkotikə görə həbs edildi
2-11-2021, 12:29
Pandemiya uzandıqca psixi pozuntular ARTIR
9-07-2022, 12:45
Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib
15-10-2021, 12:36
Deputat: “İcbari tibbi sığorta agentliyi sorğuma iki ay sonra cavab verdi, xəstə artıq ölmüşdü”
16-01-2021, 17:20
Azərbaycanda son sutkada 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
26-02-2024, 11:09
Can Azərbaycanın kədəri kədərimizdir - Mövlud Çavuşoğlu
3-12-2020, 11:22
Fransadakı azərbaycanlılar bu gün etiraz aksiyası keçirəcək














